“Azəriqaz”ın əməkdaşı döyülüb


00:04     27 Yanvar 2016 azeriqaz.jpg

“Azəriqaz” İB-nin əməkdaşı döyülüb.


Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib. Onun sözlərinə görə, hadisə ötən gün baş verib. Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən yoxlamalar zamanı qaz qaynaqçısı Məhərrəmov Məhərrəmə ağır bədən xəsarətləri yetirilib:

“Türkan qəsəbəsi Xanlar küçəsində aparılan yoxlamalar zamanı qəsəbə sakini Mayılov Məmmədağanın həyatyanı sahəsində yerləşən istixanaya sayğacdankənar müdaxilənin olduğu aşkarlanıb. Əməkdaşlarımız bunu aradan qaldırmaq istədikdə həmin şəxs və oğlanları tərəfindən qaz qaynaqçısı Məhərrəmov Məhərrəmə döyülərək ağır xəsarətlər yetirilib, onun onurğa sütununun 12-ci fəqərəsi qırılıb. Qaynaqçı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib və vəiyyəti ağırdır”.

İ. Kərbəlayevin sözlərinə görə, faktla bağlı Xəzər RPİ 1-ci Polis bölməsi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1301