AŞ baş katibi: «Qaçqın axınını yaradan müharibələrdir»


03:04     27 Yanvar 2016 as%20bas%20katibi.PNG

Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland təşkilatın fəaliyyəti barədə Assambleya qarşısında hesabatla çıxış edəndən sonra deputatların suallarını cavablandırıb.


APA-nın Avropa müxbirinin məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə dönə bilmədiyini xatırladıb : « İndi isə biz Suriya, İraqdan köçkün düşərək Avropaya üz tutan isanların problemlərini müzakirə edirik. Sizcə, Avropa Şurası və ümumilikdə Avropa, insanları köçkünə çevirən səbəblərə qarşı daha fəal mübazə aparmalı deyilmi? Yəni problemlərin əsas səbəblərinin həlli istiqamətində Avropa qurumlarının fəallığını daha da artırması vacib deyilmi? » deyə soruşub.


Baş katib Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğunu xatırladıb : « Razıyam ki, bu münaqişənin təcili olaraq həlli yolları tapılmalıdır. Və bir daha deyim ki, bu münaqişənin həll edilməsi öhdəliyi Azərbaycan və Ermənistan üzərinə düşür. Onların Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq öhdəlikləri olduğundan, bu münaqişənin həllində də insan hüquqları məsələləri üstünlük təşkil etməlidir. Bizim hazırda qarşılaşdığımız qaçqınlar probleminin yeganə həlli yolu müharibələrə, münaqişələrə son qoyulmasıdır. Çünkü bu qaçqın, məcburi köçkünlər axınını yaradan məhz müharibələrdir. Ona görə də mən, bu siz qeyd etdiyiniz münaqişənin həlli istiqamətindəki bütün təşəbbüsləri dəstəkləyirəm. Əmin olun ki, münaqişənin həlli yollarının axtarılmasında Avropa Şurasından hansısa töhfələrin verilməsi lazım olsa, mən buna çevik bir şəkildə reaksiya verməyə hazıram ».

Femida.az

Açar sözlər:

Oxunub: 950