Dünya Bankından neftin qiyməti ilə bağlı proqnoz


03:38     27 Yanvar 2016 nefttt6.jpg

Dünya Bankı bu il ərzində neftin 1 barrelinin orta qiyməti üzrə proqnozunu 37 dollaradək endirib.


Femida.az xəbər verir ki, bu barədə bankın açıqladığı hesabatda deyilir.

Qeyd edək ki, Dünya Bankının bundan öncə açıqladığı proqnoza bu rəqəm 51 dollar təşkil edib.

Proqnozun dəyişməsinə səbəb İran neftinin bazara daxil olması, xərclərini azaldan və effektivliyini artıran ABŞ istehsalçılarının dayanıqlılığını artırmasıdır.

Bununla yanaşı, proqnoza inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf perspektivlərinin zəif olması da təsir edib./apa/

Femida.az

Açar sözlər:

Oxunub: 940