Yük maşını zəvvarları vurdu


13:12     27 Yanvar 2016 mexico_ambulance_100116.jpg

Meksikada Selaya - Keretaro trassında baş verən ağır yol qəzası nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.


Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, yük avtomobili zəvvarlar qrupunu vurub. Zəvvarlar Mexiko ştatından San Xuan de los Laqosa gedirdilər.

Hüquq-mühafizə orqanları faciənin səbəblərini araşdırmağa başlayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1007