İqtisadçıdan Mərkəzi Banka təklif – “Dollar ilə kredit götürənlərə...”


15:16     27 Yanvar 2016 dollar49.jpg

“Mərkəzi Bank dollar ilə kredit götürənlərə konpensasiya verməlidir”.


Bu sözləri Femida.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.

O, vətəndaşlara konpensasiya verildiyi təqdirdə maliyyə intizamının pozulmayacağını bildirdi:



“İxtisasça maliyyəçi olaraq Mərkəzi Bank sədrinin “güzəşt maliyyə intizamını poza bilər” fikirlərini izah etmək mənim üçün çətindir. Mən ikinci devalvasiyadan dərhal sonra konpesasiya mexanizmini gündəmə gətirdim və bunun nə üçün vacib olduğunu dəfələrlə izah etmişəm. Məgər, konpensasiya mexanizmi tətbiq edən ölkələrdə, o cümlədən Qazaxıstanda maliyyə intizamı pozulubmu? Bir həftədə 3 bankın lisenziyasını ləğv edən Mərkəzi Bank üçün bankların müflişləşməsi və bundan ehtiyatlanaraq bir sıra vətəndaşların əmanətlərini banklardan çəkməsi bank sektorunda maliyyə intizamının pozulmasına işarə deyilmi? Konpensasiya yolu ilə 2 milyon 500 mindən çox banka borcu olanların ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına nail olmaq maliyyə intizamının qorunmasına xidmət etməyəcəkdimi? Kompensasiya mexanizmini tətbiq etməməklə problemli kreditlərin həcmini potensial olaraq artırmaq maliyyə intizamına təsir etməyəcəkmi? Məhz bu sualların bəlli cavablarına görə, düşünürəm ki, Mərkəzi Bank dollar ilə kredit götürənlərə konpensasiyaların verilməsi ilə bağlı müzakirələri davam etdirməli və bu mexanizmlərdən istifadə etməlidir”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 3758


Oxşar xəbərlər