“Avtomobilimin qiyməti 1000 dollardır” – Aqil Abbas


20:04     27 Yanvar 2016 aqil%20abbas75.jpg

“Hazırda “hyundai” markalı maşın sürürəm, 1000 dollar təklif edən olsa, sataram”.


Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

O, bildirib ki, hazırda yalnız komitə sədrlərinin xidməti avtomobilləri mövcuddur. Qalanları isə şəxsi avtomobilindən istifadə edir:

“Hazırda istifadə etdiyim avtomobil 2002-ci il istehsalı olan “hyundai”dır. 1000 dollar təklif edən olsa, həmin maşını sataram. Mən heç vaxt bahalı avtomobildə gəzmək marağında olmamışam. Nəzərinizə çatdırıram ki, millət vəkillərinin xidməti avtomobili olmur. Yalnız komitə sədrlərinə xidməti avtomobil verilir. Millət vəkillərinin şəxsi avtomobili olur. Cənab prezidentin verdiyi tapşırıqlar başqa cür yozulmamalıdır. O, israfçılığın qarşısını almaq istəyir. Buna görə də belə bir təklif irəli sürdü ki, məmurlar qiyməti daha ucuz olan və Azərbaycanın istehsal etdiyi avtomobillərə üstünlük versinlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 8385


Oxşar xəbərlər