İŞİD-in məzun imtahanı, taxıl biçimi... (FOTO)


22:38     31 May 2015 1433062653.jpeg

“İslam xilafəti”nin nəzarətindəki bölgələrdə məzunların imtahanı və taxıl biçimi görüntülənib.

İraqın Fəllucə bölgəsində məktəblilərin sinif otaqlarında imtahan verməsi lentə alınıb. İraqın başqa ərazisində isə buğda, taxıl biçiminin fotoları yayılıb. Taxılbiçən kombaynların üzərində İŞİD bayrağı dalğalandırılıb. Bu video və fotolarla İŞİD öz mövcud imicini və dəhşətli kabus təsəvvürlərini dəyişməyə növbəti uğursuz cəhdlər edir.

Qeyd edək ki, bu qlobal terror təşkilatı Yaxın Şərqdə qanlı qırğınlar törətməsi, baş kəsməsi, müsəlmanları qırması ilə məşhurdur. Suriya və İraq ərazilərində “kafir”ləri edam edən “islam”çılar şəriət dövləti qurduqlarını bəyan edirlər./axar.az/





Açar sözlər:

Oxunub: 648