Xəzərin statusu Aşqabadda müzakirə edilir


00:09     28 Yanvar 2016 1453904361.JPG

Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair işçi qrupun 43-cü iclası keçirilib.


APA-nın Türkmənistan Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan, Rusiya, İran və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri iştirak ediblər.

Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Görüşdə məqsəd Xəzərin hüquqi statusuna dair Konvensiya ilə bağlı müzakirələrin davam etdirilməsidir.

İclasın birinci günündə nümayəndə heyətlərinin rəhbərləri öz dövlətlərinin bu məsələ, habelə Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı mövqeyini təqdim ediblər.

İclas sabah davam edəcək.

Açar sözlər:

Oxunub: 766