32 yaşlı qadın qohumunun boğazını kəsdi
14:03 28 Yanvar 2016
Gecə saatlarında Bakıda cinayət törədilib.
Paytaxtın Xətai rayonu ərazisində, Turşu küçəsində Fətəliyev Hökməli Ağıli oğlu naməlum şəraitdə boğaz nahiyyəsindən bıçaq xəsarəti alıb.
Yaralı yoldan keçən şəxslər tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Boğazı kəsilən Hökməli Fətəliyev dərhal əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Xətai Rayon Polis İdaərsindən APA-ya verilən məlumata görə, Hökməli Fətəliyev tüfeyli həyat sürüb və yaşayış yeri yoxdur.
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Aygün Elşad qızı Ələkbərova saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Hökməli Fətəliyev Aygünün həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində, kirayə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Oxunub: 1125
Oxşar xəbərlər
- 32 yaşlı qadın hamamda öldü
- 32 yaşlı həyat yoldaşını döyüb, xəstəxanalıq etdi
- 32 yaşlı qadın özünü asıb
- 320-dən çox İŞİD üzvünü məhv etmiş snayper həlak olub - VİDEO
- 320-dək aviareys təxirə salındı - Qasırğaya görə
- 32 yaşlı kişi özünü asdı
- 32 mindən çox abituriyent ixtisas seçimi edib
- 32 il əvvəl qaçmış məhbus tutulub
- 32 dərəcə isti olacaq
- 32 dərəcə isti olacaq