Nardaranda partlayıcı qurğu aşkarlandı


15:14     28 Yanvar 2016 narda1.jpeg

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyya keçirib.


Femida.az “Report”a istinadən xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb.

Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb. E.Hüseynova məxsus "VAZ- 21014" markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb.
Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış "molotov kokteyli" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 922