Hüquqşünasla müstəntiqin davası MƏHKƏMƏDƏ


15:32     28 Yanvar 2016 vekillll.jpg

Dünən Bakı Apelyasiya Məhkəməsində hüquqşünas Məhərrəməli Həmidovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilmiş prosesdə vəkilin işi ilə bağlı Səbail Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması üçün material geri qaytarılıb.

Hadisə necə baş verib?

Dələduzluq yolu ilə hüquqşünas Məhərrəməli Həmidovdan pul almış Əhmədov Əhməd və Şirəliyev Rövşən adlı şəxslər 24.06.2015-ci il tarixdə vəkilə bıçaqla xəsarət yetirib.

Səbail RPİ-nin 8-ci PB 03.07.2015-ci il tarixli qərarla cinayət işinin başlanmasını rəd etmiş, nəticədə, Əhməd İXM-nin 38-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, Rövşən isə ümumiyyətlə məsuliyyətdən azad edilib.

Səbail rayon Prokurorluğu tərəfindən Səbail RPİ-nin 24 avqust 2015-ci il tarixli qərarı və Səbail RPİ-nin 8-ci PB-nin 03.07.2015-ci il tarixli qərarı ləğv olunub, Səbail RPİ-nə araşdırılması üçün qaytarılmışdır.

Lakin müstəntiq Vüqar Nəsirov 24 oktyabr 2015-ci il tarixli qərarla cinayət işinin başlanmasını rədd edir.

Hüquqşünasın Səbail RPİ-nin 24 oktyabr 2015-ci il tarixli qərarından Səbail rayon Məhkəməsinə “məhkəmə nəzarəti qaydasında” verdiyi şikayəti hakim cənab Rauf Əhmədov məhkəmə nəzarəti qaydasında şikayətin predmeti olmadığını əsas gətirərək, şikayəti və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır.

Məhərrəməli Həmidovun həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında verdiyi şikayət hakim cənab Əmir Bayramov tərəfindən təmin olunmuş, Səbail rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxilması üçün material geri qaytarılmışdır.

Nəticədə, Səbail rayon Məhkəməsinin (hakim cənab Rauf Əhmədov) 27.01.2015-ci il tarixli qərarı ilə, Səbail RPİ-nin 24 oktyabr 2015-ci il tarixli qərarı ləğv edilərək, şikayət təmin olunur.

Hüquqşünas Femida.az saytından bu məsələni işıqlandırıb gündəmdə saxlamağı və aidiyyatı dövlət qurumları tərəfindən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edir.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 3091