Berluskoni biabr oldu


02:16     01 İyun 2015 ber.jpg

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bələdiyyə seçkiləri kampaniyası zamanı səhvən rəqib namizədin mitinqinə qatılaraq onun üçün səs istəyib.


Femida.az xəbər verir ki, Berluskoni Seqrate qəsəbəsində solçu namizəd Paolo Mişelinin mitinqinə gəlib. Mitinqdə ətrafındakı insanlardan namizədin adını soruşduqdan sonra Berluskoni, “Paoloya səs verin” çağırışını edib. Ancaq bir müddət sonra səhv mitinqə gəldiyini başa düşən siyasətçi oranı tərk edib.

Açar sözlər:

Oxunub: 643