Azərbaycana bağırsağında narkotik gətirdi


16:30     28 Yanvar 2016 narkotik%20bag.jpg

Sankt-Peterburq-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı narkotiklə tutulub.



Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İlqar Zalıyev gömrük nəzarətindən keçərkən onda narkotik vasitələr aşkarlanıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı 39,783 qram kokain, 5,488 qram metadon götürülüb.

Daha bir fakt Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə gömrük postunda qeydə alınıb. İrandan gələn Rövşən Abbasovun düz bağırsağında 65,790 qram tiryək aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 851