DİQQƏT: Cərimələr artırıldı


17:10     28 Yanvar 2016 ilhameliyev0.jpg

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişiklikləri təsdiqləyib.


Femida.az AzərTAc-a istinadən xəbər verir ki, dəyişikliklər 141-ci (Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) və 145-ci (Limanlarda yükvurma, yükləri boşaltma və yığma qaydalarının pozulması) maddələrini əhatə edir. Dəyişikliklər bunlardır:
1. 141.1-ci maddənin sanksiyasında “on manatdan on beş manatadək miqdarda” sözləri “yüz manat miqdarında” sözləri ilə və “qırx manatdan əlli beş manatadək miqdarda” sözləri “üç yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

2. 141.2-ci maddənin sanksiyasında “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri “əlli manat miqdarında” sözləri ilə və “qırx beş manatdan yetmiş manatadək miqdarda” sözləri “yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

3. 145-ci maddənin sanksiyasında “on manatdan on beş manatadək miqdarda” sözləri “əlli manat miqdarında” sözləri ilə, “otuz beş manatdan əlli manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

4. 146.1-ci maddənin sanksiyasında “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri ilə, “əlli manat miqdarında” sözləri ilə əvəz edilsin.

5. 146.2-ci maddənin sanksiyasında “beş manatdan on manatadək miqdarda” sözləri “əlli manat miqdarında” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 145-1-ci-145-3-cü maddələr əlavə edilsin:

“Maddə 145-1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulması

145-1.1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxs yüz manat miqdarında cərimə edilir.

145-1.2. Dəniz Limanları Reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud yanlış məlumatların verilməsinə görə, həmçinin reyestrə daxil olan məlumatların dəyişdirilməsi barədə məlumatın verilməməsinə görə -

iki yüz manat miqdarında cərimə edilir.”.

Maddə 145-2. Dəniz limanlarında gəmi agenti xidmətlərinin qanunsuz göstərilməsi

Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə -

fiziki şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.”.

Maddə 145-3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinin pozulması

Dəniz limanının “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlər olmadan fəaliyyət göstərməsinə görə -

hüquqi şəxslər min manat miqdarında cərimə edilir.”.

Femida.az

Açar sözlər:

Oxunub: 1128