Avropa Birliyindən Rusiyaya etiraz


02:32     01 İyun 2015 avropa.jpg

Avropa Birliyi rəsmiləri Rusiyanın 89 avropalı siyasətçi və hərbçisinin ölkəyə girişinə qoyduğu qadağanın haqsız olduğunu bildiriblər.


Femida.az xəbər verir ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini verdiyi açıqlamasında Kremlin bu addımının əsassız olduğunu deyib. “Heç bir əsas göstərilmədən görülən bu tədbirin tamamilə haqsız olduğunu düşünürük”, - diplomat bildirib. Qeyd edək ki, Rusiyanın qara siyahıya saldığı şəxslər arasında Avropa Şurasının baş katibi Uve Korsepius, İngiltərə baş nazirinin keçmiş müşaviri Nik Kleqq və Polşa, Almaniya, İsveç, Baltikyanı ölkələrdən olan siyasətçi və hərbçilər var.

Açar sözlər:

Oxunub: 692