Bakıya gətirilən qanlı bananla bağlı AÇIQLAMA


19:57     28 Yanvar 2016 qanli%20banan.jpg

“Gigiyena və Epidemiologiya Mərkəzi yalnız müvafiq müraciətlər olduğu təqdirdə məhsul üzərində yoxlanış apara bilər”.


Bu sözləri Femida.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Şöbə müdiri bildirdi ki, hər hansı məhsul ölkəyə daxil olmazdan əvvəl müvafiq dövlət qurumları tərəfindən yoxlanmalıdır:

“Bilindiyi kimi, banan ölkəyə idxal olunan məhsuldur. Bu məhsullar ölkəyə idxal edərkən Respublika Sanitariya-Karantin müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Nəzarət Xidməti tərəfindən müvafiq müayinələr aparılır. Yalnız bu müayinələrdən sonra həmin məhsullar ölkəyə idxal oluna bilər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yalnız müvafiq müraciətlər olduğu təqdirdə məhsul üzərində yoxlanış apara bilər. Başqa hallarda Mərkəzin məhsul üzərində yoxlama aparmağa səlahiyyəti yoxdur. Qanunvericiliyə görə, ölkə sərhədlərindən daxil olan bütün ərzaq və qeyri-ərzaq məhsulları təhlükəsizliyin təmin olunması məqsədilə müvafiq dövlət qurumları tərəfindən yoxlanılmalıdır”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev sosial şəbəkələrdə yayılan qanlı banan fotoları reallığı əks etdirmədiyini bildirmişdi.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkədə banana iynə ilə qan xəstəliyi yeridilməsi barədə məlumatlar yayılmaqdadır.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 6863