Qaradağda avtomobil qəzası


13:52     01 İyun 2015 asıb.jpg

Bakının Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 60-cı kilometrliyində “Nissan” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Açar sözlər:

Oxunub: 883