İranın naziri Qarabağ problemindən danışdı


00:33     29 Yanvar 2016 561806d621f94b571c9e20ac323cc7ad.jpg

"Tehran Dağlıq Qarabağ probleminin tezliklə həllində maraqlıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.


İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə toxunan diplomat qeyd edib ki, ölkəsi bu münaqişənin tezliklə həllində və regionda sülhün bərqərar olmasında maraqlıdır: "Qonşularımız haqqında mövqeyimizi artıq dilə gətirmişəm. Bir daha qeyd etmək istəyirəm ki, İran regionda sülhün, dostluğun və əmin-amanlığın tərəfdarıdır".

Açar sözlər:

Oxunub: 1144