ANS-i təhqir edən aparıcı MƏHKƏMƏDƏ


01:06     29 Yanvar 2016 345715_001.jpg

İlkin Həsəninin ANS-ə qarşı apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.


Aparacı və aktyor İlkin Həsəninin ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən şikayət təmin olmayıb.


İlkin Həsəni 22 may 2015 tarixində öz facebook səhifəsində www.youtube.com sosial şəbəkəsində yerləşdirdiyi videoya şərh yazaraq ANS-i təhqir etmişdi.



Bu statusdan sonra bir sıra xəbər portalları bu təhqir dolu xəbərləri tirajlamışdı.
Bundan sonra ANS MYMŞ açıq şəkildə bəyanat verib. Həmin bəyanatda deyilir: "ANS bundan sonra da öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər kimsə milli mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək. Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli mənəvi dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük. Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır ki, hər kəs öz yerini bilsin. Yoxsa, onlara yerlərini biz göstərəcəyik".

Bundan sonra, həmin statusa görə ANS şirkəti aparıcını məhkəməyə verərək maddi zərərin, təşkilatın və onun əməkdaşlarının hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

ANS MYMŞ-nın İlkin Həsəniyə qarşı qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsi 23 sentyabr 2015-ci il tarixində yekun qətnamə qəbul edib.

Qətnaməyə əsasən İlkin Aydın oğlu Həsəni 22 may 2015 ci il tarixində öz Facebook səhifəsində ANS-ə ünvanladığı sözləri elə həmin sosial şəbəkə vasitəsi ilə öz adından təkzib edilməklə, ANS şirkətindən, onun rəhbərliyindən və əməkdaşlarından üzr istəməlidir.

İ.Həsəni sosial şəbəkədə ANS şirkətindən üzr istəyib. Lakin məhkəmə qərarı ilə razılaşmayan tanınmış aparıcı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Açar sözlər:

Oxunub: 1516