“Azərbaycanda vətəndaş-məmur münasibətləri...” - Ədliyyə naziri


03:56     29 Yanvar 2016 mammadov_gorush_280116_1.jpg

Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 28-də Qobustan rayon Gənclər Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

Nazirliyin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən nazir ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini, anti-böhran tədbirlərinin müsbət nəticələrini, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılması, süni qiymət artımının qarşısının alınması və s. işləri qeyd edib.

Görüşdə, həmçinin korrupsiya hallarının aradan qaldırılması üzrə həyata keçirilən tədbirlərə toxunulub, ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti bərqərar edilməklə hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunduğu bildirilib, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların məmnunluğunun yüksəldilməsinin əsas vəzifə olduğu vurğulanıb.

İcra başçısı Adil Məmmədov Prezidentin tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, habelə insanlarının rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Açar sözlər:

Oxunub: 1063