Gəncədə maşın yandı


13:20     29 Yanvar 2016 masin%20yandi9.jpg

Bu gecə Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində “VAZ” markalı minik avtomobilinin qabaq hissəsi və salonu yanıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 804