Dənizdən kişi meyiti tapılıb


15:16     01 İyun 2015 MEYIT%207.jpeg

Sumqayıt şəhərində dənizdən meyit tapılıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Ağamalıyev Vasif Akif oğlunun axtarışları başa çatıb.

V.Ağamalıyevin cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:35-də başa çatıb.

Açar sözlər:

Oxunub: 670