“Bank of Baku” müştərilərinə məhdudiyyət qoydu


16:46     29 Yanvar 2016 bank%20of%20baku.jpg

“Bank of Baku” “Loyallıq layihəsi” çərçivəsində müştərilərinə verdiyi “Dostlar klubu” kartlarından kredit xətti kimi istifadə edilməsinə müvəqqəti məhdudiyyət qoyub.


Femida.az xəbər verir ki, bu barədə fins.az-a bankdan bildirilib. Artıq “Bank of Baku” müştərilərini bu barədə məlumatlandırmağa başlayıb.

Xatırladaq ki, “Dostlar klubu”na bankla 1 ildən çox əməkdaşlıq etmiş müsbət kredit tarixçəsinə malik müştərilər daxil edilir. Klub üzvlərinə gümüş standart, gümüş, qızıl və brilyant kartlar verilir. Bu kartlarda müvafiq olaraq 100, 200, 300 və 400 manat pul olur.

Femida.az

Açar sözlər:

Oxunub: 1419