Saakaşvili: “Ukraynanın taleyi Odessada həll olunur”


15:35     01 İyun 2015 saakasvili.jpg

“Hazırda Odessada Ukraynanın taleyi həll olunur.”


Femida.az xəbər verir ki, bu açıqlama ilə Odessanın yeni qubernatoru Mixail Saakaşvili çıxış edib.

Onun sözlərinə görə, Odessadan başqa Xarkov, Kiyev və digər cəbhəyanı ərazilərdə də Ukraynanın taleyi müəyyən edilir.

“Əgər Ukrayna bu ərazilərdə möhkəmlənsə, irəliyə doğru addım atılacaq. Biz Odessanı yenidən dəniz mirvarisinə çevirməyə çalışacağıq. Mən bu cür turizm biznesini Rusiya ilə müharibədən sonra Gürcüstanda da sınaqdan keçirmişəm”. /axar.az/

Açar sözlər:

Oxunub: 862