Prezident Minsk qrupunu ittiham etdi


20:55     29 Yanvar 2016 ilhamaliyev975.jpg

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, dondurulmasına çalışır".


Femida.az-ın xəbərinə görə, bunu yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Ermənistan danışıqlar prosesində vaxt uzadır, Minsk qrupu isə məsələnin həllinə yox, dondurulmasına çalışır: "Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Əminliklə deyə bilərəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Açar sözlər:

Oxunub: 1091