“Qərb Poroşenkonun qarşısına şərt qoyub”


17:34     01 İyun 2015 fd.jpg

“Saakaşvilinin Odessa Vilayətinə qubernator təyin edilməsi köklü dəyişiklik yaradacaq.” Bu sözləri politoloq Qabil Hüseynli Femida.az-a açıqlamasında deyib.

Politoloq Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin edilməsini müsbət hal kimi dəyərləndirib:

“Poroşenko artıq ciddi kadr islahatları aparmağa başlayıb. Qərb Poroşenkonun qarşısına bürokratik aparatı sadələşdirməyi, korrupsioner rejmi ləğv etməyi, ölkədə oliqarxlara söykənən hakimiyyəti aradan aldırmağı bir şərt kimi qoyub. Bundan sonra Ukrayna Qərbə inteqrasiya edə bilər. Poroşenko ona görə Saakaşvilini qubernator təyin edib ki, nümunəvi şəhərə çevirsin. Əminəm ki, Saakaşvili bunu bacaracaq. Artıq o bürokratik aparatı ixtisar etməyə başlayıb. Rüşvətə qarşı mübarizə idarəsi yaradın. Hətta o ictimai nəzarəti gücləndirmək üçün əhalinin hakimiyyət orqanlarına xüsusən də qubernatorluğa şikayət mexanizmini hazırlayır. Bunun üçün quberniyanın saytını da təzələyib. Bir sözlə Saakaşvilinin Odessa vilayətinə qubernator seçilməsi sıravi odessalının qubernatorla təmas qurmasını asanlaşacaq.”

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1146