Bakı neftinin qiymətləri: Həftənin yekunları


14:12     31 Yanvar 2016 nefttt63.jpg

Ötən həftə (25-29 yanvar) ərzində Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən Azəri Layt (CIF) növlü neftin orta qiyməti 34,59 dollar/barrel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,99 dollar/barrel çoxdur.


Ötən həftə ərzində Azəri Layt markalı neftin qiyməti maksimum 35,98, minimum isə 32,9 dollar/barrel təşkil edib.

25-29 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 29,3 dollar/barrel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 3,97 dollar/barrel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 31,03, minimum isə 27,47 dollar/barel olub.

25-29 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 31,7 dollar/barrel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 3,89 dollar/barrel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 33,11 dollar, minimum isə 29,83 dollar/barrel təşkil edib.trend

Açar sözlər:

Oxunub: 800