Mənzildə meyit aşkarlanıb - Sumqayıtda


13:26     01 Fevral 2016 meyit70.jpg

Sumqayıtda mənzildə meyit aşkarlanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Dərhal FHN-nin Sumaqyıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Onlar mənzildə 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədini aşkar ediblər və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 765