Neft yenidən bahalaşdı


13:41     01 Fevral 2016 publika.az1441689349neft%20pul.jpg


Dünya bazarlarında neftin qiymətində bahalaşma davam edir.

Femida.az xəbər verir ki, ötən həftə sonu 34.74 dollar olan “Brent” markalı neftin qiyməti bahalaşaraq 35.55 dollar olub.


“WTI” neftində isə ucuzlaşma müşahidə olunub. Ötən həftə sonu 33.62 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 33.27 dollarda qərarlaşıb.

Ötən həftə sonu “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1,59 dollar bahalaşaraq 35,98 dollar təşkil edib.

Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,95 dollardır. Platinin 1 qramı 28.00 dollar, palladiumun 1 qramı isə 16.13 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Açar sözlər:

Oxunub: 2540