Merkel və Renzi nəyi müzakirə etdi?


14:11     01 Fevral 2016 Renzimerkel.jpg

Berlində İtaliyanın Baş naziri Matteo Renzinin Almaniya Kansleri Angela Merkel ilə görüşündə əsasən Avropanın üzləşdiyi miqrant böhranına dair məsələlər müzakirə edilib. Söhbət zamanı hər iki ölkənin Avropa İttifaqının (Aİ) suriyalı miqrantlar üçün Türkiyəyə 3 milyard avro vəsait ayırması məsələsində İtaliyanın töhfəsi ilə bağlı fikir ayrılıqlarına son qoyması xüsusi vurğulanıb.


A.Merkel diqqətə çatdırıb ki, İtaliya bu problemdən ilk olaraq əziyyət çəkən ölkədir. O deyib: “Əvvəlcə, sığınacaq axtaranların Avropa ölkələri arasında bərabər paylaşdırılması məsələsi həll olunmalıdır. İtaliya Avropanın qaçqın siyasətində önəmli aktordur və bu ölkənin mövqeyi fundamental əhəmiyyət kəsb edir”.

M.Renzi isə əsasən Şengen sisteminin təhlükədə olması ilə bağlı fikirlərini bölüşərək bildirib ki, Avropa Şengeni ləğv edərsə, mühüm dəyərlərini itirəcək. O deyib: “Avropa dəyərlərinin qorunub saxlanılması istiqamətindəki bütün cəhdlər birgə edilməlidir. İtaliya da Almaniya kimi bütün problemləri həll etmək iqtidarında olan daha güclü Avropa görmək istəyir. Biz Avropa tarixinin həssas bir dövrünü yaşayırıq. Bunun məsuliyyətini anlayırıq”.

Açar sözlər:

Oxunub: 947