Ərdoğan vəsiyyətini açıqladı - Qonaqlar ağladı


18:42     01 İyun 2015 erdoganin_gozyaslari_arap_dunyasini_da_etkiledi13774476550_h1066167.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəsiyyətini açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində “Keçmiş dostlar prezidentlə görüşür” adlı toplantısına qatılıb. Toplantıda bir çox önəmli şəxslər də iştirak edib.

Femida.az xəbər verir ki, maraqlı anlarla yadda qalan görüşdə Ərdoğan Arakanda şəhid olan Osmanlı əsgərinin qəbrindən götürülən torpağın məzarına qoyulmasını vəsiyyət edib.

“Yoldaşıma və uşaqlarıma vəsiyyətimdir. Mən öldükdən sonra Məhəmmədin qəbrindən alınan torpağı məzarıma qoysunlar”.

Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyye Ərdoğanın da qatıldığı toplantıda duyğu dolu anlar yaşanıb. Türkiyənin 12-ci prezidenti vəsiyyətini dilə gətirərkən salondakı qonaqlar birdən-birə gözyaşlarına boğulub.

Qeyd edək ki, Myanmarın Arakan vilayətində müsəlmanlar yaşayır. Burada müsəlmanlara qarşı təzyiqlər hələ də davam edir. Osmanlı dövründə bu ölkədə həlak olan onlarla türk əsgərinin qəbri var.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1082