Bir çox millət vəkilləri iki komitənin üzvü oldular


16:44     01 Fevral 2016 milli_meclis-221013_20131022530.jpg

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası davam edir.


Femida.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, təsdiq olunmuş dəyişikliyə əsasən, bundan sonra bir neçə deputat parlamentin iki komitəsində təmsil olunacaq. Bildirilib ki, millət vəkilləri Məlahət İbrahimqızı və Tahir Kərimli öncə təmsil olunduqları komitə ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olublar.

Eyni zamanda millət vəkilləri Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə öncə təmsil olunduqları komitə ilə yanaşı, Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyeva Səhiyyə komitəsinin tərkibinə daxil ediliblər.

"Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında" qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 955