Kliçko Saakaşviliyə söz verdi


18:55     01 İyun 2015 klicko.jpg

“Kiyevi müasirləşdirmək üçün Saakaşvilinin məsləhətlərinə əməl edəcəyimə söz verdim”.


Femida.az xəbər verir ki, bu açıqlama ilə Kiyevin meri Vitali Kliçko çıxış edib. O, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məsləhətlərinə riayət etməklə Kiyevi Avropa şəhərlərindən birinə çevirməyi hədəflədiyini bildirib: “Mən Gürcüstanda çox olmuşam və bu ölkənin necə dəyişdiyini görmüşəm. Xüsusilə korrupsiyaya qarşı mübarizənin necə effekt verdiyinin şahidi olmuşam. Təbii ki, o mənə bu layihələrin necə mükəmməl həyata keçiriləcəyini deyib”. Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenkonun fərmanı ilə Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib. Nazirlər Kabineti isə onu Odessa vilayətinə qubernator təyin edib.

Açar sözlər:

Oxunub: 883