Toyda faciə - Bakıda


19:32     01 İyun 2015 photo_29348.jpg

Bakıda şadlıq evində ölüm hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə Səbail rayonu, 20-ci yaşayış sahəsi adlanan ərazidəki dairədə yerləşən "Elay" şadlıq sarayında qeydə alınıb. Toyda qonaq qismində iştirak edən Nizami rayon sakini, 1948-ci il təvəllüdlü Atəşruz Hüseynağa Əzizqulu oğlunun halı qəfil pisləşib. Oturduğu yerdə özünü pis hiss edən H.Atəşruz təcili tibbi yardım briqadası gələnədək keçinib.

İlkin məlumata görə, 67 yaşlı kişi ürək çatışmazlığından vəfat edib. Ölümün səbəbi dəqiqləşdirilir.

Açar sözlər:

Oxunub: 1062