İlham Əliyev ATƏT-in sədri ilə görüşüb


19:49     01 İyun 2015 ilham%20əli.jpg

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Femida.az xəbər verir ki, İvitsa Daçiç Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlət başçısına çatdırıb. Serbiyalı qonaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin Prezidentinin iştirak edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. .

Açar sözlər:

Oxunub: 567