Bulvarda qiymətlər endirildi- FOTOLAR


02:47     02 İyun 2015 AA.jpg


Azərbaycanda keçiriləcək “Bakı 2015 ilk Avropa oyunları “ ilə bağlı ölkəmizdə aparılan işlər hər kəsə məlumdur. Turistlərin diqqətini cəlb edən təbii ki, istirahət mərkəzləridir.

Femida.az Milli Parkda aparılan yenidənqurma və digər işlərlə bağlı araşdırma aparmaq üçün “Bulvar” dan hazırlanan reportajı təqdim edir.

Yeni bulvarda, yeni ab-hava

Bulvarın giriş hissəsindəyəm. Hiss olunur ki, burada bayram əhval-ruhiyyəsi var.
Diqqətimi cəlb edən yeni quraşdırılan bu atraksiondur. Üzərində Avropa oyunlarının loqosunun və rəmzlərinin əks olunması, onun məhz bu oyunların şərəfinə quraşdırıldığına işarə verir.




Bu gün şəhər sakinləri də sevinclidir. Onlar da ölkəmizdə keçiriləcək idman yarışmasını səbrsizliklə gözlədiklərini bildirirlər.
Diqqətimi cəlb edən məqamlardan biri də milli adət-ənənəmizi əks etdirən suvenirlərin Milli Park ərazsisində təbliğ olunmasıdır.




Təmizlik idarəsinin işçiləri yenə iş başındadır...

Onlarla söhbətim zamanı toxunduğum bir məsələ bir müddət əvvəl mətbuatda yayılan şəkillərlə bağlı oldu.
Fikirlərisə belədir:” Biz istəmirik bizim idarəmizin adına belə sözlər deyilsin. Siz qeyd etdiyiniz asfaltı əlləri ilə təmizləyənlər biz yox, “Bayraq Meydanı” nın işçiləri olub. Biz öz işimizdən və bizə olan münasibətdən razıyıq.”



Bulvarda təmizlik işləri aparan zəhmətkeş qadınlardan ayrılıb yoluma davam edirəm.

Diqqətimi cəlb edən xarici bir turistin diqqətlə dekarativ ağaclara tamaşa etməsi oldu. O, Qazaxıstan vətəndaşıdır. Bakı ilə təsüratlarını mənimlə bölüşür.:”Bakıya ilk dəfədir ki, gəlirəm.Televiziyadan çox görmüşdüm. Çox maraqlı gəlirdi. Şəhərinizin gözəlliyi adamı valeh edir. Ağacları da çox bəyəndim. Elə bil danışan canlıdırlar”



Bəs ölkəmizdə keçirilən Bakı 2015 Avropa Oyunları haqqında məlumatınız varmı sualına qonaq vətəndaş belə cavab verdi:” Düzü, bura gələnə kimi eşitməmişdim. Sonra şəhərin küçələrində və nəqliyyat vasitələrinin üzərində olan reklamlardan gördüm. İndi artıq məlumatım var.”

Növbəti müsahibim əcnəbi vətəndaşlar Kanadadan olan fotomüxbirlər oldu. Onlar da ölkəmiz barədə maraqlı fikirlərini mənimlə bölüşdülər.:” Bakı çox gözəldir. Xüsusilə gecələr. Biz də sizin kimi jurnalistik. Bakıya gəlməyimiz də idman oyunları ilə bağlıdır. İnsanlar burada gülərüzdür.Bu bizə xoş təsir edən bir hissdir.



Bulvarda böyük endirimlər var...

Bulvar ərazisində həyata keçirilən tədbirlərdən biri də, qiymətlərə edilən endirimlər idi. Restoranlarda bunun əyani şahidi oldum. Onların sözlərinə görə, burada məqsəd insanlara daha yaxşı xidmət təşkil etməkdi. Buradan “Bakı 2015 Avropa oyunları” -nın geyimlərini əldə edə bilərsiniz... Bulvar ərazisində sakinlərin və mənim də diqqətimizi cəlb edən ticarət köşkü idi.



Burada üzərində “Bakı 2015 Avropa Oyunları” yazılan müxtəlif cür geyimlərə və suvenirlərə rast gəlmək olar.Yarmarkanı təşkil edən təmsilçidən aldığımız məlumata görə, idman yarışları bitənə qədər bu cür səyyar satış məntəqələri davam edəcək.





Gördüklərimizdən belə qənaətə gəldim ki, Dənizkənarı Milli Park AvropaOyunlarının keçirilməsinə kifayət qədər ciddi hazırlaşıb.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1911