Övladlarını dərsə yola salıb özünü asdı - Bakıda


22:17     02 Fevral 2016 22403744.jpg

Bakıda intihar hadisəsi baş verib. 39 yaşlı qadın özünü asıb.


Femida.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından ans press-ə verilən məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.

Məlumata görə, hadisə vaxtı evdə Aynur Xancanovadan başqa heç kim olmayıb. Belə ki, canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub.

39 yaşlı qadının intihar etməsinə səbəb kimi onun ailəsinin böyük miqdarda borcu olması göstərilir.

Faktla Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1821