Dövriyyədə manat azalır


23:14     02 Fevral 2016 manatt.jpg

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 4 milyard 398,5 milyon dollar təşkil edib.


Femida.az-ın AMB-yə istinadən yaydığı məlumata görə, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 618,2 milyon dollar və yaxud 12,3% azdır.

Bundan başqa bu ilin yanvar ayının yekununa görə, dövriyyədə olan Azərbaycan manatının həcmi 5 milyard 787,4 milyard manat təşkil edib. Bu, 2015-ci ilin yekunu ilə müqayisədə 1 milyard 114,4 milyon manat və yaxud 16,15% azdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1106