Siyavuş Novruzov: “Milli Şura özünü bir daha biabır etdi“


21:54     01 İyun 2015 z%20(801).jpg

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın keçirdiyi mitinqə münasibət bildirib.

S.Novruzov deyib ki, Milli Şuranın bugünkü mitinqini yalnız piket adlandırmaq olar: “Özlərini bir daha biabır etdilər. Bundan əvvəlki piketlərdən heç nə ilə fərqlənmədi. Yenə eyni adamlar, eyni danışıq, eyni kontingent. Azərbaycan xalqı tərəfindən onlara heç bir dəstək olmadı. Özlərinin qohum-əqrəbaları, mətbuat orqanlarının nümayəndələri, partiyalarının üzvləri iştirak edirdilər".

İcra katibinin müavini bildirib ki, piketdə yenə də özlərinə layiq, tərbiyədən kənar fikirlər söyləmək, böhtan atmaq, təhqir etməklə, qanunun aliliyini pozmaqla, qanunvericiliyə hörmətsizlik göstərməklə çıxışlarını davam etdirdilər.

S.Novruzov qeyd edib ki, Milli Şuranın piket keçirməkdə məqsədi Avropadan alınan pulları silmək və Avropa üçün materiallar hazırlamaq idi.

Açar sözlər:

Oxunub: 978