Xalası oğlunun evindən seyf oğurladı


13:42     03 Fevral 2016 70921121.jpg

Ağcabədidə bir gənc həm qohumu, həm də qonşusu olan şəxsin evindən seyf oğurlayıb. Polis tərəfindən saxlanılan həmin şəxs əməlini etiraf edib.


Əvvəlcə qohumunun evindən seyfi oğurladı, sonra peşman olub pulları geri qaytardı. Hadisə Ağcabədidə olub. Rayonun Aşağı Avşar kənd sakini Rabil Məmişov evindən külli miqdarda pulun oğurlanması ilə bağlı polisə müraciət edib.

Əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluğu edən şəxs 25 yaşlı Samir Məhərrəmovdur. O, 3 min manat pulu və qızılları evdən seyflə bərabər apardığını etiraf edib.

Oğurluq edən Samir Məhərrəmov Rabil Məmişovun xalası oğlu olmaqla bərabər həmdə yaxın qonşusudur.

Açar sözlər:

Oxunub: 1394