Qadını liftdə soydular - Bakıda görülməmiş olay


15:08     03 Fevral 2016 lift_0454.jpg

Bakıda liftdə soyğunçuluq hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov küçəsində yerləşən yaşayış binasının liftində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2-ci mikrorayon ev 28, mənzil 79-da yaşayan Mehrəliyeva Gülşənin əl çantasını əlindən alaraq qaçıb. Çantanın içərisində G.Mehrəliyevaya məxsus bank kartları, açarlar və pul kisəsi olub.

Hadisədən sonra G.Mehrəliyeva Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinə (PB) müraciət edib.

Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır./report/

Açar sözlər:

Oxunub: 1179