ABŞ səfiri uşaqlarla bağlı keçirilən tədbirdə


22:12     01 İyun 2015 abş.jpg

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta bu saatlarda Kamalə Ağayevanın rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyində keçirilən tədbirdə iştirak edir.


Birlikdən Femida.az-a verilən məlumat görə, tədbirdə iştirak etmək və sığınacaqla tanış olmaq təklifi səfirin özündən gəlib. Cənab Robert Sekuta 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacağın daimi sakinlərinə oyuncaqlar gətirib. Tədbirdə R. Sekuta ilə yanaşı səfirliyin digər nümayəndələri də iştirak edir. Xatırladaq ki, 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günüdür.

Açar sözlər:

Oxunub: 623