Evə basqın edib 21 manat oğurladı


17:10     03 Fevral 2016 108348891.jpeg

Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib.


Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, Pavlovna Piskunun mənzilini soyan şəxs Səbail Polis İdarəsi Cinayət axtarış şöbəsi və 41-ci polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Məlumatda deyilir ki, mənzilin taxta qapısını sındıraraq içəri daxil olan soyğunçu ev sahibinə bıçaqla hədə gəlib. Bundan sonra o, evdə olan 21 manatı götürərək hadisə yerindən uzaqlaşıb.

Araşdırma zamanı müyyən olunub ki, quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Rauf İsmayılovdur.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 944