Prezident okeanın o başına avtomobilini də aparıb – VİDEO


20:44     03 Fevral 2016 erdogan%20masinlar.jpg

Hərbi mənbələr hərbi yük təyyarəsinin səfərdən əvvəl bölgəyə apardığını qeyd edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Amerika ölkələrinə rəsmi səfəri davam edir.

Femida.az-ın məlumatına görə, ölkə lideri səfər zamanı öz zirehli avtomobilindən istifadə edəcək. Bu məqsədlə Türkiyə prezidentinin istifadə etdiyi avtomobil hərbi yük təyyarəsi ilə Çilinin paytaxtı Santyaqoya aparılıb. Hərbi mənbələr hərbi yük təyyarəsinin Ərdoğanın səfərindən əvvəl bölgəyə apardığını qeyd edib. Təyyarə Senegal və Braziliyada fasilə verib yanacaq doldurduqdan sonra təxminən 20 saata Çiliyə çatıb. Ərdoğanın zirehli avtomobili hərbi yük təyyarəsi ilə Çilidən sonra Peru və Ekvadora aparılacaq.
Prezidentin son olaraq səfər edəcəyi Ekvadordan sonra avtomobil Türkiyəyə gətiriləcək. Prezidentin mühafizəçiləri Peru və Ekvadorda istənilən səviyyədə zirehli avtomobil olmadığından Ərdoğanın zirehli avtomobilini səfərə aparmağı məsləhət biliblər.
Qeyd edək ki, Ərdoğanın Cənubi Amerika ölkələrindən Çili, Peru və Ekvadora rəsmi səfəri yanvarın 31-dən başlayıb fevralın 4-dək davam edəcək. Ərdoğanın Çili ziyarəti bu ölkəyə prezident səviyyəsində həyata keçirilən ikinci ziyarət olacaq. Latın Amerikası proqramı çərçivəsində prezident Çilini, fevralın 2-3 Perunu və fevralın 3-4 tarixində isə Ekvadora səfər edəcək. Ərdoğanın diplomatik əlaqələrin qurulmasının 90-cı il dönümünə təsadüf edən Çili ziyarəti 9-cu prezident Süleyman Dəmirəlin 1995-ci ildə reallaşdırdığı ziyarətin ardından bu ölkəyə prezident səviyyəsində həyata keçirilən ikinci səfər olacaq. Peru və Ekvador ziyarətləri isə prezident səviyyəsində Türkiyədən edilən ilk səfər olacaq. Səfər zamanı reallaşacaq danışıqlarda ikitərəfli siyasi və iqtisadi məsələlər ilə yanaşı regional və beynəlxalq mövzular da müzakirə olunacaq.



Femida.az

Açar sözlər:

Oxunub: 1247