Xocalı sakininin yardıma ehtiyacı var


21:42     03 Fevral 2016 ecaff9e983c7a5fe056532da1b39d513(1).jpg

"Xocalılarla müsahibə almaq üçün Goranboy rayonuna ezam olunarkən sakinlərdən biri Tural haqqında məlumat verib kömək istədi. Xocalı sakini Salmanov Tural Goranboy rayonunda yaşayır. Uzun illərdi qaraciyər və dalağında müxtəlif diaqnozlar əsasında müalicə alıb. Səhiyyə Nazirliyinin göstərişi ilə Xocalı, Gəncə və Bakı xəstəxanalarında müalicəsini davam etdirib. Amma vəziyyəti ağır olaraq qalır".


Bunu Femida.az-a açıqlamasında şairə Feyziyyə Hacıyeva bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrin birində Turalın şəklini və düşdüyü vəziyyətlə bağlı məlumatı yayandan sonra Medika Hospital onun vacib olan bütün müayinlərini təmənnasız etməyi üzərinə götürüb: "Buna görə onların həkim kollektivinin qarşısında baş əyirəm. Amma Turalın səhhəti ilə bağlı müxtəlif həkimlər müxtəlif rəylər bildiriblər. Onlardan bəzilərinin dediyinə görə ona qaraciyər köçürməsi olmalıdı. Bütün bunlar isə küçələri süpürməklə evinə çörək gətirən valideynlərinin imkanı xaricindədir. Ümid edirik ki, Səhiyyə Nazirliyi və əlaqədar qururmlar məsələni öz nəzarətinə götürəcək və onsuz da sayı lap az qalmış Xocalı sakinlərindən daha birinin həyatdan vaxtsız getməsinə imkan verməyəcək".

Qeyd edək ki, bu ailə Goranboy rayonu, Qaçqınlar qəsəbəsi, Birinci bina, 4-cü blok, mənzil 56-da yaşayır. Əlaqə telefonu: 055-737-12-31.

Açar sözlər:

Oxunub: 894