Oqtay Əsədov xarici işlər naziri ilə görüşdü
21:42 03 Fevral 2016
Milli Məclisin sədri Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Femida.az-ın məlumatına görə, görüşdə Oqtay Əsədov yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Milli Məclisin sədri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb. Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın möhkəm hüquqi baza üzərində qurulduğunu və inkişafda olduğunu deyən Oqtay Əsədov bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Spiker, həmçinin Azərbaycanın enerji layihələri barədə də qonaqlara məlumat verib.
O. Əsədov bildirib ki, indiyədək ölkələrimiz arasında müxtəlif səhələrə dair sənədlər imzalanıb, daha bir neçə sənəd isə imzalanma ərəfəsindədir. Spiker ölkələrimiz arasındakı mövcud iqtisadi əməkdaşlıqdan da söz açaraq TAP layihəsinin ticarət əlaqələrini daha da artıracağını deyib.
Nikos Kotzias Azərbaycana səfərindən məmnunluğunu bildirərək keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını söyləyib. Nazir ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı səfərlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Oxunub: 826
Oxşar xəbərlər
- Oqtay Əsədov İrana gedəcək
- Oqtay Əsədov TürkPA Şura iclasında çıxış edib
- Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb
- Oqtay Əsədov Bişkekə gedir
- Oqtay Əsədov xanım deputata: `Milli Məclisə nə vaxt daxil olmusunuz?`
- Oqtay Əsədov neftin qiymətindən danışdı
- Oqtay Əsədovdan deputatlara: `Bir az sakit olun! İclas gedir`
- Oqtay Əsədov İtaliya Senatının sədr müavini ilə görüşüb
- Oqtay Əsədov Minskdə bir sıra görüşlər keçirib
- Oqtay Əsədov Belarusdadır