Prezident sərəncam imzalayıb


00:45     02 İyun 2015 a05a1eb42e359a17c173fc3c02bb4ba3.jpg


Prezident İlham Əliyev akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Femida.az-ın məlumatına görə, 2015-ci ildə Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olur.

Prezident Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademikin yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi və bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi üçün Nazirlər Kabinetinə tapşırıb.

Açar sözlər:

Oxunub: 610