İlham Əliyevi 3 prezident təbrik etdi


01:13     02 İyun 2015 56b2655b9cf82aea314c28acfaa5495f.jpg


Hindistan prezidenti Pranab Mukherci prezident İlham Əliyevə təbrik məktubu yollayıb.Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə Hindistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycan və Hindistan xalqları ənənəvi mədəni və tarixi əlaqələrə əsaslanan münasibətlərə malikdir. Əminəm ki, çoxsahəli ikitərəfli əməkdaşlığımız güclənməyə davam edəcək və gələcək illərdə bizim qarşılıqlı faydamız üçün daha da şaxələnəcəkdir. Biz birgə maraqlarımızın müxtəlif sahələri üzrə Azərbaycan ilə əlaqələrimizi daha da intensivləşdirməyə çalışacağıq.

Zati-aliləri, xahiş edirəm, Sizə möhkəm cansağlığı və rifah, dost Azərbaycan xalqına isə daha sürətli inkişaf və firavanlıq arzularımı qəbul edəsiniz”.

Həmçinin, Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma və Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmid də Milli bayram – Respublika günü münasibəti ilə Azərbaycan dövlət başçısını təbrik edib.

Açar sözlər:

Oxunub: 947