İham Əliyevin Londonda qatıldığı konfrans başlayıb – CANLI YAYIM


17:26     04 Fevral 2016 london%20k.jpg

Böyük Britaniyanın paytaxtı Londonda “Suriyaya və regiona dəstək” donor konfransı işə başlayıb.


Femida.az xəbər verir ki, tədbir Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Dövlət başçısı BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə tədbirə qatılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1009