Bakı məktəblərində buraxılış imtahanı keçirilir
13:53 02 İyun 2015
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
TQDK-nın mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər.
IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır.
Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb.
Bakı şəhərində 31490 (Nərimanov rayonunda 2403, Səbail rayonunda 1641, Yasamal rayonunda 2754, Nəsimi rayonunda 2245, Nizami rayonunda 2521, Binəqədi rayonunda 3855, Sabunçu rayonunda 4503, Xətai rayonunda 3708, Suraxanı rayonunda 2878, Xəzər rayonunda 2750, Qaradağ rayonunda 2043 nəfər, Pirallahı rayonunda 189) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb.
Bu gün Bakı şəhərində 24408 (Nərimanov rayonunda 2050, Səbail rayonunda 1524, Yasamal rayonunda 2337, Nəsimi rayonunda 1706, Nizami rayonunda 2189, Binəqədi rayonunda 3169, Sabunçu rayonunda 2753, Xətai rayonunda 3214, Suraxanı rayonunda 2107, Xəzər rayonunda 1846, Qaradağ rayonunda 1383 nəfər, Pirallahı rayonunda 130) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.
Oxunub: 570
Oxşar xəbərlər
- Bakı metrosu qana boyandı - 23 yaşlı gənc özünü qatarın altına atdı
- Bakının mərkəzində qəza - İki maşın otelə çırpıldı
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakı-Tbilisi aviareysi təxirə salındı
- Bakıda qəza törədən qadın sürücünü döydülər